"Tibbi avadanlıq"

“MCB Lizinq” QSC klinikanızın inkişafı üçün sizin tələblərinizə cavab verən yeni və müasir tibb avadanlıqlarının lizinq vasitəsilə alınması üçün sizə real imkanlar yaradır. Uzun müddətli lizinq yolu ilə, Siz əməliyyat, müalicəvi və diaqnostika üzrə bütün növ tibb avadanlıqlarını lizinq yolu ilə əldə edə bilərsiniz.

“MCB Lizinq” QSC vasitəsilə əldə edəcəyiniz tibb avadanlığının üstünlükləri:

1)  Tibb avadanlığını lizinq vasitəsilə əldə etməklə bu avadanlığın alınmasına sərf edəcəyiniz vəsaiti klinikanızın mənfəətinin artırılması üçün başqa sahələrə yönəldərək öz biznesinizi daha da inkişaf etdirə bilərsiniz. Bu da öz növbəsində göstərdiyiniz xidmətlərin keyfiyyətinin daha da artmasına və sizin klinikanın rəqabət  qabiliyyətinin güclənməsinə kömək edəcəkdir.

2)   “MCB Lizinq” QSC vasitəsilə əldə edəcəyiniz avadanlıq sizin tələblərinizə tam uyğun olacaqdır müasir, yüksək keyfiyyətli və istehsalçı zəmanəti ilə təmin ediləcəkdir.

3)   Müasir avadanlıqlardan istifadə edərək Siz öz gəlirlərinizi artıra və əldə etdiyiniz mənfəətdən lizinq borcunuzu asanlıqla ödəyə bilərsiniz. Müqavilənin sonunda isə öhdəliklərinizi tam yerinə yetirdikdən sonra avadanlığın mülkiyyət hüquqlarını əldə edəcəksiniz.

Bizim əsas şərtlərimiz aşağıdakılardır:

1)   İlkin ödəniş – 20%-dən başlayaraq

2)   Müddət – 3 - 5 il

3)   İllik faiz dərəcəsi – 18-22%  

 

Sığorta haqqı – 0.39 (sığorta haqqı lizinq müddəti boyunca hər il ödənməlidir)

Servis xərci – 0.5%

Qeyd: Biz hər bir müştəriyə fərdi qaydada yanaşırıq. “MCB Lizinq” QSC avadanlıqların yalnız Azərbaycan Respublikası daxilində servis xidməti göstərən və satışla məşğul olan nümayəndəliklərdən alınmasını məsləhət görür.

© 2010 mcbleasing.az - Project by SIICT.net

JoomShaper