"Təsisçilər haqqında məlumat"

“MCB Lizinq” Qapalı Səhmdar Cəmiyyəti 2009-cu ilin oktyabr ayında qapalı səhmdar cəmiyyəti kimi təsis edilmişdir. Şirkət güclü səhm kapitalına malikdir və səhmlərin əsas hissəsi Pakistan İslam Respublikasında fəaliyyət göstərən “MCB Bank Limited” Şirkətinə və bir qismi isə Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxsə məxsusdur. “MCB Bank Limited” Pakistanın böyük “Nishat Group” şirkətlər qrupuna daxildir. Bu şirkətlər qrupuna daxil olan şirkətlər toxuculuq, sement istehsalı, sığorta, maliyyə xidmətlərinin göstərilməsi, elektrik enerjisi istehsalı, kağız istehsalı və digər sahələrdə fəaliyyət göstərirlər. “MCB Bank” yerli bazarda kapitallaşma səviyyəsinə görə 1.8 milyard dollar olmaqla birinci yeri tutur və Bank 4 milyondan çox müştəri və 1,081 filial şəbəkəsinə malikdir. Bankın bir çox xarici ölkələrdə filialları vardır, Pakistanın özündə bankın 1150 filialı, 690 ədəd ATM və 5 milyona yaxın müştərisi var. Bankın 20% səhmləri təxminən USD 1mlrd-a Malayziyanın MayBankına satılmış və bu əməliyyat Pakistanın özəl bank sektorunun ən böyük əməliyyatı kimi tarixə düşmüşdür. Bank dəfələrlə Euromoney, MMT, Asia Money, SAFA (SAARC), The Asset and The Asian Banker təşkilatları tərəfindən mükafatlara layiq görülmüşdür. 

“MCB Lizinq” QSC fəaliyyətə başlayandan Azərbaycan iqtisadiyyatının dövlət infrastruktur layihələri, səhiyyə, istehsal, kənd təsərrüfatı, sərnişin və yük daşımaçılığı və s. sahələrinə AZN 25 mln. manata qədər lizinq verilmişdir ki, bu da təxminən 33 mln. manatdan çox lizinq obyektinin təqdim edilməsi deməkdir.

© 2010 mcbleasing.az - Project by SIICT.net

JoomShaper