"Missiya və Məqsədlər"

“MCB Lizinq” əsas etibarilə müəssisələr və istehlakçılar ucun geniş çeşidli lizinq məhsulu və xidmətlərini təmin etməklə şəffaf və etibarlı lizinq şirkəti olmağı qarşısına məqsəd qoymuşdur. Biz innovativ məhsullar, yüksək keyfiyyətli müştəri xidməti və müştərilərimizin maliyyə ehtiyaclarına fərdi yanaşma təklif etməklə müştərilərimizlə uzunmüddətli münasibət yaratmağa səy göstəririk.

Biz bu məqsədlərə aşağıdakılar vasitəsilə nail olmaq niyyətindəyik: 
1. Təklif etdiyimiz məhsulları davamlı olaraq təkmilləşdirmək və yeniləmək; 
2. Çevik, müştəri xidmətlərinə yönəlmiş yanaşma və asanlıqla əldə edilə bilən xidmətlər yaratmaq; 
3. İşçilərin daim olaraq treninqi və biliklərinin artırılması; 

“MCB Lizinq”in məqsədi müştərilərinə bütün lizinq təklifləri ilə bağlı əla xidmət göstərməkdən ibarətdir, bu məqbul sağlam lizinq standartları və Şirkətin mənfəətliyinin saxlanmasına uyğundur. Şirkət öz öhdəliklərini yerinə yetirmək iqtidarında olan lizinq alanlara lizinq təmin etmək məqsədilə fəal şəkildə imkanlar axtaracaqdır.

“MCB Lizinq” daha təhlükəsiz və mənfəətli lizinq məhsulları əlavə etmək məqsədilə lizinq portfelini artırmaq və diversifikasiya etməkdə maraqlıdır. Strateji baxımdan Şirkət geniş çeşidli lizinq məhsulları və xidmətləri təklif etməklə güclü nağd pul axınına malik möhkəm biznesləri cəlb etmək istəyir. Biz habelə etibarlı və sabit gəliri olan müştərilər ucun də geniş çeşidli lizinq məhsulları təmin etmək niyyətindəyik.

© 2010 mcbleasing.az - Project by SIICT.net

JoomShaper