Tikinti texnikası

Tikinti biznesi Azərbaycanda sürətlə inkişaf edən sahələrdən biridir. Bu isə öz növbəsində yeni texnika və avadanlıqlara ehtiyac yaradır.
Tikinti texnikası

İstehsalat avadanlığı

Əgər Siz öz biznesinizin inkişafı və genişləndirilməsi üçün istehsalat avadanlığının alınmasını düşünürsünüzsə, onda “MCB Lizinq” QSC-i Sizlərə real imkanlar yaradır. Uzun müddətli lizinq yolu ilə, Siz toxuculuq avadanlığı, tele-radio kommunikasiya avadanlığı, energetika avadanlığı, qida sənayesi avadanlığı, tikinti və yol-tikinti avadanlığı, restoran və ticarət avadanlığı, poliqrafiya avadanlığı, ağac emalı avadanlığı, əyləncə sənayesi avadanlığı və digə ağır və yüngül sənaye avadanlıqlarını lizinq yolu ilə əldə edə bilərsiniz.
İstehsalat avadanlığı

Tibbi avadanlıq

Əgər Siz öz klinikanızın inkişafı üçün yeni, müasir tibbi avadanlığın alınmasını düşünürsünüzsə, onda “MCB Lizinq” QSC-i Sizlərə real imkanlar yaradır. Uzun müddətli lizinq yolu ilə, Siz əməliyyat, müalicəvi və diaqnostika üzrə bütün növ tibbi avadanlıqlarını lizinq yolu ilə əldə edə bilərsiniz.
Tibbi avadanlıq

Daşınmaz əmlak

Əgər Siz iş ofisinizi icarəyə götürürsünüz və yaxud almaq istədiyiniz qeyri-yaşayış obyektinə icarə baxımından təlabat çoxdursa, onda “MCB Lizinq” QSC-i Sizlərə real imkanlar yaradır. Uzun müddətli lizinq yolu ilə, Siz Azərbaycan Respublikasının daxilində yaşayış və yaxud qeyri yaşayış obyektlərinin alınmasını həyata keçirə bilərsiniz.
Daşınmaz əmlak

Nəqliyyat vasitələri

Nəqliyyat sektoru istənilən ölkənin iqtisadiyyatında əhəmiyyətli rol oynayır. Bu isə əhəmiyyətli dərəcədə malların və sərnişinlərin daşınması ilə bağlıdır. Hər il mal və sərnişin daşınmasının həcmi artır ki, bu da yük maşınlarına və avtobuslara tələbi artırır.
Nəqliyyat vasitələri

     Tikinti texnikası

     İstehsal avadanlığı

    Tibbi avadanlıq

    Daşınmaz Əmlak

 Nəqliyyat vasitəsi

"Əsas məqsədimiz kiçik və orta sahibkarlara dəstək olmaqdır"

Bu gün Azərbaycan iqtisadiyyatı, maliyyə sektoru, eləcə də kənd təsərrüfatı sahəsi inkişaf etmiş dünya  dövlətlərinin təcrübəsinə əsaslanaraq ən mütərəqqi prinsiplər əsasında inkişaf etməkdədir. Son dövrlər idarəetmə mexanizmlərinin təkmilləşdirilməlidirilməsi, müxtəlif sahələrdə şəffaflığın  təmin edilməsinə rəvac vermişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev cari ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə bildirmişdir: “Ancaq qeyri-neft sənayesinin beş faizdən çox artması, əlbəttə, həm göstəricidir, həm də yaxşı ümidlər verir ki, Azərbaycanda qeyri-neft sektoru daha da sürətlə inkişaf edəcək. Qeyri-neft sektoru bu gün Azərbaycan iqtisadiyyatının əsas hissəsini təşkil edir. Biz buna nail olmuşuq və gələcəkdə əlbəttə, çalışmalıyıq ki, qeyri-neft sektoru bizim ixrac strukturumuzda da daha böyük çəkiyə malik olsun.

Bu il regional inkişaf istiqamətində də çox böyük layihələr icra edilməlidir. Ölkə iqtisadiyyatına, qeyri-neft sektoruna qoyulacaq investisiyalar özlüyündə daha da böyük canlanmaya, yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq və dünya bazarlarına yeni ixrac məhsullarımız çıxarılacaqdır.

Məlumdur ki, iqtisadiyyatda əsas təkanverici qüvvə hesab olunan kiçik və orta sahibkarların maliyyə resurslarına olan təlabatının qarşılanmasında lizinq xidmətlərinin də müstəsna rolu vardır. “MCB Lizinq” şirkətinin İdarə Heyətinin sədri Rəmal Cəfərovla bu sahədə iş adamlarına təklif olunan xidmətlər, şirkətin məqsəd və məramı barədə ətraflı məlumat bildirməsini xahiş etdik. O dedi:

-İlk növbədə onu qeyd edim ki, lizinq sahəsində kefiyyətli məhsulun yaradılmasında müasir texnologiyanın tətbiqi olduqca vacib amillərdəndir. “MCB Lizinq” QSC 2009-cu ilin oktyabr ayında qapalı səhmdar cəmiyyəti kimi təsis edilmişdir. Şirkətin səhmdarı Pakistan İslam Respublikasında fəaliyyət göstərən, iri və qabaqcıl banklardan biri olan “MCB Bank Limited”dir.  Qısa vaxt ərzində əldə edilən uğurlar səhmdarda böyük maraq yaratmış və 2012-ci ilin oktyabr ayında səhm kapitalı artırılaraq  1.7 milyon manata çatdırılmışdır. Şirkətin əsas fəaliyyəti Azərbaycan iqtisadiyyatının gəlirli, rəqabətədavamlı sektorlarında fəaliyyət göstərən kiçik və orta sahibkarlara (KOS) geniş həcmli maliyyə lizinqi məhsulları təqdim etməkdir.

Şirkətimiz əsasən biznes məqsədilə lizinq məhsulları təklif edir. “MCB Lizinq” QSC Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarında fəaliyyət göstərən kiçik və orta sahibkarlara, eləcə də iri həcmli şirkətlərə öz biznes ehtiyaclarını qarşılamaq üçün bütün növ nəqliyyat vasitələrinin, tikinti texnikasının, avadanlığın və daşınmaz əmlakın lizinq yolu ilə ədlə edilməsini təklif edir. Səhmdar bank tərəfindən verilən tövsiyəyə uyğun olaraq fəaliyyətimizdə şəffaflığın təmin edilməsi əsas prinsipimizdir. Azərbaycan bazarının spesifikliyi, keçid iqtisadiyyat dövrünü yaşadığını və biznes sahəsində mühasibat uçotunun reallığı nəzərə alınaraq kiçik və orta sahibkarlığın maliyyələşməsində beynəlxalq mükəmməl praktika nəzərə alınır, şəffaflıq hər bir mərhələdə yüksək səviyyədə təmin edilir, hər müştəriyə fərdi yanaşma tətbiq edilir. Sağlam real biznesə, təmiz kredit tarixçəsinə, güclü və daimi pul axınına malik olan bizneslə məşğul olan KOS müştərisi bizim əsas hədəfimizdir.

Hazırda “MCB Lizinq” QSC lizinq bazarında fəal rol oynayır və getdikcə öz fəaliyyətini  genişləndirmək istiqamətində yollar axtarır. Şirkətimiz fəaliyyətə başladığı dövrdən ölkəmizdə və xaricdə fəaliyyət göstərən aparıcı  dilerlər və istehsalçılarla etibarlı işgüzar əlaqələr qurmağa müvəffəq olmuşdur və bu əlaqələri daima inkişaf etdirməkdə maraqlıdır.  Müştərilərin müraciətlərini ən qısa zamanda cavablandırıb onların tələblərinə cavab verən xidmətin göstərilməsi bizim əsas məqsədimizdir.

Respublikamızda özəl sektorun inkişafı, xarici investorlara daha əlverişli şəraitin yaradılması və onların hüquqlarının qorunması, ölkədəki biznes mühitinin yüksək səviyyədə olması, biznes inkişafı üçün potensial imkanların böyük olması xarici səhmdarlarda ölkəmizə investisiya qoymaqda maraq yaratmışdır.

Bunun nəticəsində, şirkətin ilkin səhm kapitalı - 1 milyon ABŞ dolları, son 6 il ərzində 4 dəfədən çox artırılmışdır. Səhmdar bankın tövsiyəsinə uyğun olaraq şirkətin əsas strategiyası ölkəmizin qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışlarını asanlaşdırmaq və onlara maliyyə lizinqi xidməti göstərməkdir. Bu məqsədlə, səhm kapitalına əlavə olaraq sahibkarlara daha çox maliyyə dəstəyi təmin etmək məqsədilə səhmdar bank tərəfindən 5 milyon ABŞ dolları həcmində güzəştli və uzun-müddətli kredit ayrılmışdır.

Sahibkarların maliyyələşməsində əldə edilmiş uğurlar, şəffaf fəaliyyət, əsası biznes fəaliyyəti olan sağlam lizinq portfeli digər qurumların da şirkətə daha çox maliyyə ayırmasına maraq yaratmışdır. Belə ki, bu günə qədər yerli banklar və sığorta şirkətləri sahibkarların maliyyələşməsi fəaliyyətini artırmaq məqsədilə şirkətimizə  7 milyon manata yaxın kredit ayırmışlar.

Dünya Bankının qurumu olan Beynəlxalq Maliyyə Korporasiyası (BMK) “MCB Lizinq” QSC-nin sahibkarların maliyyələşməsində həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirmiş və fəaliyyətinin daha da artırılması məqsədilə şirkətimizə 3milyon ABŞ dolları həcmində kredit ayırmışdır. Bununla da, “MCB Lizinq” QSC ölkəmizdə fəaliyyət göstərən lizinq şirkətləri arasında BMK tərəfindən birbaşa maliyyə cəlb edən ilk lizinq şirkəti olmuşdur.

Fəaliyyətdə olduğu 6 il ərzində “MCB Lizinq” QSC, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda, kənd təsərrüfatı, tibb, yük-sərnişin daşıma, qida istehsalı, infrastruktur layihələri və ölkə üçün əhəmiyyət kəsb edən digər iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarları maliyyələşdirmək cialisfrance24.com məqsədilə 375 lizinq müqaviləsi bağlamış və 25milyon manat vəsait ayırmışdır.

Ölkə Prezidentinin qeyri-neft sektorunun inkişafına ayırdığı diqqət və dəstək sayəsində hazırda bu sektor uğurla inkişaf edir. Aparılmış islahatlar, daha əlverişli biznes mühiti sahibkarlığın inkişafını sürətləndirir, nəticədə ölkənin ixrac potensialı artır və eyni zamanda idxaldan asılılıq azalır.

Rəqabətə davamlı və keyfiyyətli məhsul istehsal etmək, eləcə də qabaqcıl texnologiyanın tətbiqi çox vacibdir. Bunu nəzərə alaraq ölkəyə lizinq məqsədilə gətirilən əsas vəsaitlərin ƏDV-dən azad edilməsi ilə bağlı qanunvericiliyə edilmiş dəyişiklik dövlət tərəfindən bu sahənin inkişafına xüsusi əhəmiyyət verildiyini sübut edir.

Ölkə Prezidentinin sahibkarlıgın inkişafı məqsədilə apardığı uğurlu siyasət, biznes mühitinin asanlaşdırılması ilə bağlı qanunvericiliyə müntəzəm olaraq edilən dəyişikliklər, qeyri-neft sektorunun sürətlə inkişafı bizi daha da ruhlandırır və əminik ki, gələcək illərdə fəaliyyətimizi daha artıracaq, ölkəyə daha çox xarici investisiya cəlb edəcək və yerli sahibkarlara geniş çeşidli və daha çox maliyyə vəsaiti ayıracağıq.

Şirkət güclü səhm kapitalına malikdir və səhmlərin əsas hissəsi – 95% Pakistan İslam Respublikasında fəaliyyət göstərən “MCB Bank Limited” Şirkətinə, bir qismi isə ABŞ və Azərbaycan Respublikasının vətəndaşları olan fiziki şəxslərə (2 nəfər) məxsusdur. “MCB Bank Limited” Pakistanın böyük “Nishat Group” şirkətlər qrupuna daxildir. Bu şirkətlər qrupuna daxil olan şirkətlər toxuculuq, sement istehsalı, sığorta, maliyyə xidmətlərinin göstərilməsi, elektrik enerjisi istehsalı, kağız istehsalı və digər sahələrdə fəaliyyət göstərirlər. “MCB Bank” yerli bazarda kapitallaşma səviyyəsinə görə 1.8 milyard dollar olmaqla birinci yeri tutur və Bank 4 milyondan çox müştəri və 1,081 filial şəbəkəsinə malikdir. Bankın bir çox xarici ölkələrdə filialları vardır, Pakistanın özündə bankın 1150 filialı, 690 ədəd ATM və 5 milyona yaxın müştərisi var. Bankın 20 faiz səhmləri təxminən 1mlyard ABŞ dollarına Malayziyanın MayBankına satılmış və bu əməliyyat Pakistanın özəl bank sektorunun ən böyük əməliyyatı kimi tarixə düşmüşdür. Bank dəfələrlə Euromoney, MMT, Asia Money, SAFA (SAARC), The Asset and The Asian Banker təşkilatları tərəfindən mükafatlara layiq görülmüşdür. 

 “MCB Lizinq” QSC fəaliyyətə başlayandan Azərbaycan iqtisadiyyatının dövlət infrastruktur layihələri, səhiyyə, istehsal, kənd təsərrüfatı, sərnişin və yük daşımaçılığı və s. sahələrinə  15 milyon  manata qədər lizinq verilmişdir ki, bu da təxminən 2015 milyon manatdan çox lizinq obyektinin təqdim edilməsi deməkdir.

Göstərdiyimiz xidmət maliyyə lizinqidir və bu məhsulun özünəməxsus lizinq obyektinin likvidliyi, kredit, əməliyyat və s. kimi riskləri vardır. Həm müştəriyə operativ və rahat xidmət göstərilməsi, həm də bu risklərin mükəmməl təhlil edilərək idarə edilə bilən səviyyədə saxlanması çox vacibdir. Bu baxımdan müştəriyə fərdi yanaşma prinsipinə sadiq qalaraq ilkin ödəniş, ayrılan maliyyənin illik faiz dərəcəsi, lizinq müddəti, lizinq ödəniş planı kimi şərtlər müəyyən olunur və risk amili nəzərə alınaraq müştəriyə maksimal əlverişli təklif verilir. Adətən müştərinin müraciətindən sonra 3 iş günü ərzində biz əməliyyatı həyata keçirməyə çalışırıq. Bu müddət daha qısa ola bilər, lakin bəzi hallarda maliyyə təhlili aparmaq üçün müştərilərin mühasibat-uçot sənədlərinin şəffaf və düzgün olmaması, lizinq obyektinin dövlət qeydiyyatı və ümumilikdə lizinq əməliyyatının özünəməxsus proseduru (sığorta, bank köçürmələri, lizinq obyektinin satıcısı ilə razılaşma, təminat və servis şərtləri və s.) ilə əlaqədar əlavə vaxt tələb olunur ki, bu da lizinq əməliyyatını daha qısa müddətdə həyata keçirməyə müəyyən maneələr yaradır.

Bu gün qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatı üçün ən vacib məsələdir. Hazırda dünyada baş verən iqtisadi prosesler, xüsusən neftin qiymətinin düşməsi, milli valyutamızın digər əsas valyutalara nisbətən ucuzlaşması bir daha qeyri-neft sektorunun, xüsusən iqtisadiyyatın əsasını təşkil edən kiçik və orta sahibkarlığın inkişafının nə qədər zəruri olduğunu bir daha göstərdi. Hesab edirəm ki, ölkəmizin yüksək potensialından istifadə edərək bu sahənin inkişafına daha çox diqqət ayırmaq lazımdır. Rəqabətli biznes mühiti yaradaraq qeyri-neft məhsulları üzrə ixracı artırmaq və idxal məhsullarının yerli məhsullarla əvəz edilməsinə nail olmaqla ölkənin tədiyyə balansına təzyiqləri əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. Azərbaycanın xammal, əlverişli iqlim, əmək ənənəsi və təcrübəli kadr potensialından yararlanaraq, xüsusən ərzaq və kənd təsərrüfatı məhsullarının yerli istehsalını yüksəldərək, idxaldan asılılığı kifayət qədər azalda bilərik. Lakin keyfiyyətli məhsulun istehsalı üçün KOS müştərilərinin ən böyük çətinliyi maliyyə resurslarına rahat çıxışın arzuolunan səviyyədə olmamasıdır. Keyfiyyətli məhsulun və xidmətin yaradılmasında müasir texnologiyanın tətbiqinin vacib olduğunu nəzərə alsaq, lizinq sahəsinin imkanlarının ölkəmizdə nə qədər geniş miqyasa malik olduğu göz qabağındadır.

Təklif edərdim ki, lizinq şirkətlərinə maliyyə vəsaitləri ayrılsın, dövlətin KOS müştərilərinin inkişafına ayırdığı maliyyə resurslarının istifadəsində lizinq şirkətləri də iştirak etsin. Bu gün lizinq şirkətlərinin ən böyük problemlərdən biri maliyyə vəsaitinin cəlb edilməsidir. Düzdür, ötən 5 ildə biz bu sahədə müəyyən nailiyyətlər əldə etmişik, xarici bankdan 5 milyon ABŞ dolları, yerli bank və sığorta şirkətlərindən 4 milyon manata yaxın vəsait cəlb olunub. Beynəlxalq Maliyyə Korporasiyasından 3 milyon ABŞ dolları həcmində vəsaitin cəlb olunması ilə bağlı razılıq əldə edilib. Xarici səhmdar bankımız bu günə qədər 2 milyon ABŞ dolları həcmində kapital qoyuluşu həyata keçirib və bu yaxınlarda əlavə 2.5 milyon ABŞ dolları kapital qoyuluşu barədə qərar verib. Bütün bu vəsaitlərin demək olar ki, hamısı KOS müştərilərinin maliyyələşməsinə sərf edilib. Lakin bazarın təhlili göstərir ki,  KOS müştərilərin ehtiyaclarını qarşılamaq üçün daha çox vəsaitə ehtiyac duyulur.

Əgər dövlət tərəfindən maliyyə dəstəyi verilərsə, vergi sistemində güzəştlər, xüsusən ödənilmiş ƏDV-ni əvəzləşdirmək imkanı, gömrük rəsmiləşməsində ölkəyə gətirilən lizinq obyektlərinin idxal vergisindən (rüsumundan) azad edilməsi və ya güzəştlərin tətbiqi, həmçinin lizinq obyektinin elektron və rahat qaydada qeydiyyatı ilə bağı imkanlar yaradılarsa, lizinq fəaliyyəti qısa müddətdə çox sürətlə inkişaf edər. Bu da öz növbəsində KOS müştərilərinin lizinq xidmətinə çıxışını asanlaşdırar və nəticədə ölkəmizdə sağlam, rəqabətli KOS müştərilərin yaranmasına şərait yaradan əsas amillərdən biridir.

Biz bu gün ölkədə gedən iqtisadi islahatlar fonunda maliyyə strukturlarının üzərinə düşən məsuliyyəti dərk edir və dövlətimizin daha da güclənməsi üçün əlimizdən gələni etməyə hazırıq.  Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın dünya birliyində nüfuzu gündən-günə artır və sevinirik ki, bizim kollektiv də bu nailiyyətlərdə öz payını əsirgəmir.

B.Bəybalayev,

“Respublika”

© 2010 mcbleasing.az - Project by SIICT.net

JoomShaper