Tikinti texnikası

Tikinti biznesi Azərbaycanda sürətlə inkişaf edən sahələrdən biridir. Bu isə öz növbəsində yeni texnika və avadanlıqlara ehtiyac yaradır.
Tikinti texnikası

İstehsalat avadanlığı

Əgər Siz öz biznesinizin inkişafı və genişləndirilməsi üçün istehsalat avadanlığının alınmasını düşünürsünüzsə, onda “MCB Lizinq” QSC-i Sizlərə real imkanlar yaradır. Uzun müddətli lizinq yolu ilə, Siz toxuculuq avadanlığı, tele-radio kommunikasiya avadanlığı, energetika avadanlığı, qida sənayesi avadanlığı, tikinti və yol-tikinti avadanlığı, restoran və ticarət avadanlığı, poliqrafiya avadanlığı, ağac emalı avadanlığı, əyləncə sənayesi avadanlığı və digə ağır və yüngül sənaye avadanlıqlarını lizinq yolu ilə əldə edə bilərsiniz.
İstehsalat avadanlığı

Tibbi avadanlıq

Əgər Siz öz klinikanızın inkişafı üçün yeni, müasir tibbi avadanlığın alınmasını düşünürsünüzsə, onda “MCB Lizinq” QSC-i Sizlərə real imkanlar yaradır. Uzun müddətli lizinq yolu ilə, Siz əməliyyat, müalicəvi və diaqnostika üzrə bütün növ tibbi avadanlıqlarını lizinq yolu ilə əldə edə bilərsiniz.
Tibbi avadanlıq

Daşınmaz əmlak

Əgər Siz iş ofisinizi icarəyə götürürsünüz və yaxud almaq istədiyiniz qeyri-yaşayış obyektinə icarə baxımından təlabat çoxdursa, onda “MCB Lizinq” QSC-i Sizlərə real imkanlar yaradır. Uzun müddətli lizinq yolu ilə, Siz Azərbaycan Respublikasının daxilində yaşayış və yaxud qeyri yaşayış obyektlərinin alınmasını həyata keçirə bilərsiniz.
Daşınmaz əmlak

Nəqliyyat vasitələri

Nəqliyyat sektoru istənilən ölkənin iqtisadiyyatında əhəmiyyətli rol oynayır. Bu isə əhəmiyyətli dərəcədə malların və sərnişinlərin daşınması ilə bağlıdır. Hər il mal və sərnişin daşınmasının həcmi artır ki, bu da yük maşınlarına və avtobuslara tələbi artırır.
Nəqliyyat vasitələri

     Tikinti texnikası

     İstehsal avadanlığı

    Tibbi avadanlıq

    Daşınmaz Əmlak

 Nəqliyyat vasitəsi

"“MCB Lizinq” QSC 2015-ci maliyyə ilini uğurla başa vurmuşdur"

“MCB Lizinq” Qapalı Səhmdar Cəmiyyəti, 2015-ci il ərzində lizinq fəaliyyətini daha da genişləndirmiş və maliyyə ilini uğurla başa vurmuşdur.  Ötən il ərzində Şirkətimiz tərəfindən iqtisadiyyatın kənd təsərrüfatı, istehsal, emal, yükdaşıma, xidmət, səhiyyə, infrastruktur və digər sahələrində fəaliyyət göstərən sahibkarlarla çoxsaylı lizinq müqaviləsi imzalanmış və  biznes fəaliyyətini genişləndirmək üçün ümumi dəyəri 7 milyon manatdan çox olan müxtəlif növ lizinq obyekti verilmişdir. Bu müddət ərzində Şirkətimiz lizinq fəaliyyətini genişləndirməyə davam etmiş, sağlam lizinq portfelinin diversifikasiyasını diqqət mərkəzində saxlamışdır.

Lizinq fəaliyyətinin artırılması istiqamətində yerli və beynəlxalq maliyyə institutları ilə olan əməkdaşlıq il ərzində uğurla davam etdirilmişdir. Belə ki, Dünya Bankının qurumu olan Beynəlxalq Maliyyə Korporasiyası (BMK) “MCB Lizinq” QSC-nin sahibkarların maliyyələşməsində həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirmiş və fəaliyyətin daha da artırılması məqsədilə Şirkətimizə 3 milyon ABŞ dolları həcmində kredit ayırmışdır. Bununla da, “MCB Lizinq” QSC ölkəmizdə fəaliyyət göstərən lizinq şirkətləri arasında BMK tərəfindən birbaşa maliyyə cəlb edən ilk lizinq şirkəti olmuşdur. Ümumilikdə isə Şirkətimiz fəaliyyəti dövründə iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarların maliyyələşməsi məqsədilə yerli banklar və sığorta şirkətləri tərəfindən 7 milyon manata yaxın kredit cəlb etmişdir.

Fəaliyyət göstərdiyi son 6 ildə hər il olduğu kimi Şirkətimizin 2015-ci ilin maliyyə yekunları beynəlxalq audit şirkəti tərəfindən yoxlanılmış və müsbət rəy verilmişdir.

Ölkəyə lizinq məqsədilə gətirilən əsas vəsaitlərin ƏDV-dən azad edilməsi ilə bağlı qanunvericiliyə edilmiş dəyişiklik lizinq bazarının rəqabət qabiliyyətli inkişafına əlavə imkanlar yaradır və yerli sahibkarların yeni texnologiya və avadanlıqları daha əlverişli şərtlərlə əldə etmələrinə imkan verir.  Son illərdə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun sürətli inkişafı, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində atılan addımlar lizinq fəaliyyətinin inkişafı perspektivlərini artırır və biz rəqabət qabiliyyətli maliyyə lizinqi məhsullarının təqdim olunması fəaliyyətini artırmağı diqqət mərkəzində saxlayırıq.    

© 2010 mcbleasing.az - Project by SIICT.net

JoomShaper