Tikinti texnikası

Tikinti biznesi Azərbaycanda sürətlə inkişaf edən sahələrdən biridir. Bu isə öz növbəsində yeni texnika və avadanlıqlara ehtiyac yaradır.
Tikinti texnikası

İstehsalat avadanlığı

Əgər Siz öz biznesinizin inkişafı və genişləndirilməsi üçün istehsalat avadanlığının alınmasını düşünürsünüzsə, onda “MCB Lizinq” QSC-i Sizlərə real imkanlar yaradır. Uzun müddətli lizinq yolu ilə, Siz toxuculuq avadanlığı, tele-radio kommunikasiya avadanlığı, energetika avadanlığı, qida sənayesi avadanlığı, tikinti və yol-tikinti avadanlığı, restoran və ticarət avadanlığı, poliqrafiya avadanlığı, ağac emalı avadanlığı, əyləncə sənayesi avadanlığı və digə ağır və yüngül sənaye avadanlıqlarını lizinq yolu ilə əldə edə bilərsiniz.
İstehsalat avadanlığı

Tibbi avadanlıq

Əgər Siz öz klinikanızın inkişafı üçün yeni, müasir tibbi avadanlığın alınmasını düşünürsünüzsə, onda “MCB Lizinq” QSC-i Sizlərə real imkanlar yaradır. Uzun müddətli lizinq yolu ilə, Siz əməliyyat, müalicəvi və diaqnostika üzrə bütün növ tibbi avadanlıqlarını lizinq yolu ilə əldə edə bilərsiniz.
Tibbi avadanlıq

Daşınmaz əmlak

Əgər Siz iş ofisinizi icarəyə götürürsünüz və yaxud almaq istədiyiniz qeyri-yaşayış obyektinə icarə baxımından təlabat çoxdursa, onda “MCB Lizinq” QSC-i Sizlərə real imkanlar yaradır. Uzun müddətli lizinq yolu ilə, Siz Azərbaycan Respublikasının daxilində yaşayış və yaxud qeyri yaşayış obyektlərinin alınmasını həyata keçirə bilərsiniz.
Daşınmaz əmlak

Nəqliyyat vasitələri

Nəqliyyat sektoru istənilən ölkənin iqtisadiyyatında əhəmiyyətli rol oynayır. Bu isə əhəmiyyətli dərəcədə malların və sərnişinlərin daşınması ilə bağlıdır. Hər il mal və sərnişin daşınmasının həcmi artır ki, bu da yük maşınlarına və avtobuslara tələbi artırır.
Nəqliyyat vasitələri

     Tikinti texnikası

     İstehsal avadanlığı

    Tibbi avadanlıq

    Daşınmaz Əmlak

 Nəqliyyat vasitəsi

"İFC Kiçik Sahibkarlığın Dəstəklənməsi Məqsədilə “MCB Lizinq” Şirkətinə Kredit Ayırır"

Bakı:

Lamiyə Hüseynova
Telefon: +994 12 497 7698
E-poçt: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Tiflis:

Tamar Barbakadze

Telefon: +995 32 223 43 00/01/02

E-poçt: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Vaşinqton, KD:

Con Maknelli

Telefon: (202) 458 0723 

E-poçt: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

IFC-dən kiçik sahibkarlığın dəstəklənməsi üçün MCB Lizinq şirkətinə kredit yardımı

Bakı, Azərbaycan, 16 iyul, 2015 – Dünya Bankı Qrupunun üzvü Beynəlxalq Maliyyə Korporasiyası (IFC) kiçik- və orta həcmli şirkətləri dəstəkləmək, onların maliyyə vəsaitlərinə çıxış imkanlarını artırmaq, həmçinin Azərbaycanda yeni iş yerlərini yaratmaq və iqtisadi artıma əlavə təkan vermək məqsədilə MCB Lizinq şirkətinə yardım göstərəcək.

Bu məqsədlə IFC Azərbaycanın 10 aparıcı özəl lizinq təsisatlarından biri olan və ölkə miqyasında müştərilərə xidmət göstərən MCB Lizinq şirkətinə 3 milyon ABŞ dolları həcmində kredit ayırır. Dünya İqtisadi Forumunun 2014-2015-ci illər üzrə Qlobal Rəqabətlilik Hesabatına əsasən maliyyə vəsaitlərinə çıxış Azərbaycandakı təsərrüfat subyektlərinin üzləşdiyi ikinci ən böyük məsələdir. Lizinq xidmətləri təsərrüfat subyektlərinə tələbat yaranan əhəmiyyətli aktivlərin satın alınmasının malyyələşdirilməsinə imkan yaratmaqla maliyyə alternativləri təminatına yardım edir.

“IFC-nin krediti MCB Lizinq  şirkətinə kiçik sahibkarlıq subyektlərinə göstərdiyimiz lizinq xidmətlərinin miqyasının artırılmasına şərait yaradacaq və Azərbaycanda nümunəvi lizinq şirkətinə çevrilmək istiqamətində uzunmüddətli məqsədimizə çatmağa bizə yardım edəcək”, – deyə Rəmal Cəfərov, MCB Lizinq şirkətinin İdarə Heyətinin Sədri söyləmişdir.

“İqtisadi inkişafın irəliləyişi üçün mühüm rol oynayan özəl sektorun qüvvələrini səfərbər etməyə kömək edən Azərbaycanın maliyyə sektoruna dəstək IFC üçün strateji prioritetlərdən biri kimi qalmaqda davam edir. MCB Lizinq ilə əməkdaşlığımız daha kiçik şirkətlərə artıma davam gətirmək üçün ehtiyac duyduqları vəsait təminatına imkan yaratmaqda yardım edəcəkdir”, - deyə Aliyə Əzimova, IFC-nin Azərbaycandakı daimi nümayəndəsi söyləmişdir.

Kredit həmçinin IFC-nin Cənub-Cənub istiqamətində investsiyaları dəstəkləmək strategiyasının bir hissəsidir. MCB Lizinq şirkətinin başlıca səhmdarı,  Pakistanın üçüncü ən böyük özəl bankı və IFC-nin uzun müddətli tərəfdaşı, beynəlxalq səviyyədə yeni bazarlarda fəaliyyətini genişləndirməkdə maraqlı olan MCB Bank Pakistan maliyyə qurumudur.

Azərbaycan 1995-ci ildə IFC-nin üzvü olub və o vaxtdan IFC ölkənin maliyyə xidmətləri, infrastruktur və istehsalat sahələrindəki 53 uzun müddətli maliyyə layihəsinə toplam 362 milyon ABŞ dolları üstələyən həcmdə investisiya yatırıb, digər borcverənlərdən isə təxminən 73 milyon ABŞ dolları həcmində vəsait cəlb edib. Bundan əlavə IFC Ticarətin Maliyyələşdirilməsi üzrə  Proqram çərçivəsində 76 milyon ABŞ dolları həcmində vəsaitlə ticarəti dəstəkləmişdir. IFC həmçinin özəl sektorunun inkişafına yönəlmiş məsləhət xidmətlərini də göstərir.

IFC haqqında

Dünya Bankı Qrupunun üzvü olan IFC fəaliyyəti müstəsna olaraq özəl sektora yönəlmiş ən iri qlobal inkişaf institutudur. Yüzə yaxın  ölkədə özəl müəssisələrlə  çalışaraq, kapital, ekspert təcrübəsi və təsirimizdən həddi yoxsulluğun aradan qaldırılması və  birgə rifahın dəstəklənməsi üçün istifadə edirik. 2014 maliyyə ilində biz  inkişaf edən ölkələrdə yaşayışın yaxşılaşdırılması və inkişaf sahəsində ən ciddi çağırışların həll edilməsi üçün 22 milyard ABŞ dollarından artıq vəsait ayırmışdıq. Daha ətraflı məlumatları internet saytımızdan əldə edə bilərsiniz: www.ifc.org.

Bizimlə əlaqə qurun:
www.facebook.com/IFCwbg
www.twitter.com/IFC_org
www.youtube.com/wbifc
www.ifc.org/SocialMediaIndex

MCB Lizinq haqqında əlavə məlumat üçün www.mcbleasing.az internet saytına müraciət edin.

© 2010 mcbleasing.az - Project by SIICT.net

JoomShaper