"Çap avadanlığı"

Müasir çap avadanlıqlarının imkanları müxtəlif növ sifarişlərin və konkret tapşırıqların yüksək səviyyədə həllinə imkan yaradır. Çap avadanlığını seçərkən əsasən siz nəyi istehsal edəcəyinizi, kimə satacağınızı və öz məhsul və xidmətlərinizi hansı formada təklif edəcəyinizi nəzərə almalısınız. Bu baxımdan çap avadanlığı məhz sizin tələblərinizə cavab verməli və istifadəsi maksimum gəlir əldə etməyə imkan verməlidir. Qeyd olunan amilləri nəzərə alaraq biznesin qiymətləndirilməsində və qabaqcıl şirkətlərin təklif etdikləri yüksək keyfiyyətli və çox funksiyalı çap avadanlığının seçilməsində Şirkətimizin satış mütəxəssisləri sizə kömək edə bilərlər. Yüksək rəqabətli biznes mühitində istehsal olunan məhsulların keyfiyyəti və avadanlıqların effektivliyi rəqabət qabiliyyətinin qorunub saxlanılmasında həlledici əhəmiyyət kəsb edir. Bu baxımdan biznesinizin hər zaman digərlərindən bir addım irəlidə olmasını istəyirsinizsə Şirkətimizin çap avadanlıqlarının lizinqə verilməsi proqramına müraciət edə bilərsiniz.

“MCB Lizinq” QSC vasitəsilə müxtəlif növ çap avadanlıqları mətbəə, poliqrafiya, böyük formatlı çap və s. əldə bilərsiniz və bu sizə aşağıdakı üstünlüklər qazandıracaqdır:

1. Avadanlığı lizinq yolu ilə əldə edib siz dövriyyə vəsaitlərinizi saxlamaqla istehsalınızı daha da inkişaf etdirirsiniz və öz vəsaitinizdən yalnız avadanlığın alınmasına sərf olunan avans ödənişini həyata keçirirsiniz. Öz dövriyyənizdən böyük miqdarda vəsait çıxartmadan siz gələcək gəlirlərinizi artıq indidən əldə etməyə başlayırsınız.

2. Lizinq yolu ilə siz rəqiblərinizdə olmayan yeni texnologiyalı avadanlığı dərhal əldə edirsiniz.

3. Müəyyən olunmuş ödəniş qrafiki çərçivəsində lizinq ödənişlərinin bərabər miqdarda həyata keçirilməsi sizə bir neçə il ərzində xərclərinizi dəqiq planlaşdırmağa və daha keyfiyyətli bir inkişaf səviyyəsinə nail olmağa kömək edəcəkdir.

 

Bizim əsas şərtlərimiz aşağıdakılardır:

1)      İlkin ödəniş – 20%-dən başlayaraq

2)      Müddət – 3- 6 il

3)      İllik faiz dərəcəsi – 18-21%

Sığorta haqqı – 0.39% (sığorta haqqı lizinq müddəti boyunca hər il ödənməlidir)

Servis xərci – 0.5%

© 2010 mcbleasing.az - Project by SIICT.net

JoomShaper