"İKT avadanlığı"

İnformasiya texnologiyaları sahəsində istifadə olunan avadanlıqların yenilənməsi və sürətlə inkişaf edən istehsal prosesindəki yeni nəsil texnologiyaların əldə olunması hər zaman aktualdır. İnformasiya və telekommunikasiya sektorunda uğur əldə etmək və rəqabət qabiliyyətli biznesə malik olmaq üçün əsas amil qabaqcıl informasiya texnologiyalarından istifadə olunmasıdır. Müasir və ən yeni İT avadanlıqların qiymətinin yüksək olduğunu nəzərə alsaq bu avadanlıqların lizinq yolu ilə alınması sizə çevik maliyyələşmə modeli əsasında öz ehtiyaclarınızı daha keyfiyyətli formada həll etməyə kömək edəcəkdir. İT avadanlıqlarının lizinq yolu ilə əldə edilməsi bütün digər lizinq növlərində olduğu kimi şirkətlərə iri həcmli birdəfəlik xərclərdən yayınmağa kömək edir. Siz öz vəsaitlərinizi investisiya etmədən ən yaxşı İT həll yollarını əldə etməklə öz biznesinizin keyfiyyətini və səmərəliliyini daha da artıra bilərsiniz. Bu baxımdan informasiya və telekommunikasiya avadanlıqlarının lizinq yolu ilə əldə edilməsi sizə aşağıdakı üstünlükləri qazandıracaqdır:    

1. Böyük investisiya etmədən siz bahalı və yüksək keyfiyyətli avadanlıq əldə etməklə informasiya və telekommunikasiya resurslarınızı genişləndirirsiniz və eyni zamanda gəlir əldə edirsiniz.

2. Dünyanın qabaqcıl istehsalçılarının təklif etdiyi texnologiyanı əldə etməklə siz bazardakı rəqabət qabiliyyətinizi daha da artırırsınız və uzun-müddətli inkişaf planı qurursunuz.

3. Avadanlığın alınmasına qənaət etdiyiniz vəsaiti biznesinizin inkişafını daha sürətləndirəcək marketinq, treninq və yeni İT həll yollarının işlənib hazırlanmasına sərf edə bilərsiniz.

Bizim əsas şərtlərimiz aşağıdakılardır:

1)      İlkin ödəniş – 20%-dən başlayaraq

2)      Müddət – 3- 6 il

3)      İllik faiz dərəcəsi – 18-21%

Sığorta haqqı – 0.39% (sığorta haqqı lizinq müddəti boyunca hər il ödənməlidir)

Servis xərci – 0.5%

© 2010 mcbleasing.az - Project by SIICT.net

JoomShaper