"Sual-Cavab"

  • “MCB Lizinq” QSC hansı sahələri maliyyələşdirir?

Şirkətimiz Azərbaycan iqtisadiyyatının nəqliyyat, yük daşınması, ticarət, istehal, emal, xidmət, səhiyyə, kənd təsərrüfatı və s. sektorlarında fəaliyyət göstərən kiçik və orta sahibkarların, eləcə də, iri həcmli müəssisələrin lizinqə olan ehtiyaclarını maliyyələşdirir.


  • Lizinq götürmək üçün müraciət edərkən əvvəlcədən biznes planın təqidim olunması tələb olunurmu? 

Xeyr, biznes planın təqdim olunmasına ehtiyac yoxdur. Sizin müraciətinizdən sonra Şirkətimizin lizinq mütəxəssisləri fəaliyyətinizi yerində təhlil etmək məqsədilə əvvəlcədən əlaqə saxlayıb görüş təyin edəcək və səfər həyata keçirəcəklər.  


  • Mənim yaşayış qeydiyyatım Bakı şəhəri üzrə deyilsə, mən lizinq üçün müraciət edə bilərəm?

Yaşayış yeri üzrə qeydiyyatdan və yaxud fəaliyyət yerindən asılı olmayaraq bütün fiziki və hüquqi şəxslər lizinq məqsədilə Şirkətimizə müraciət edə bilər. Müraciətdən dərhal sonra lizinq mütəxəssislərimiz fəaliyyət sahəsinə özləri səfər edib lazımı məlumatları toplayacaq və sizi maraqlandıran bütün sualları yerində ətraflı şəkildə cavablandıracaqlar.


  • Müraciətin baxılmasına və sənədləşmə prosesinin tamamlanmasına nə qədər vaxt tələb olunur?

İlk dəfə müraciət olunarkən baxılma və təhlil 3 iş günü ərzində həyata keçirilir, sənədləşmə isə təsdiqdən dərhal sonra baş tutur.  Təkrar müştərilərin müraciətlərinin cavablandırılması isə qısa vaxt ərzində həyata keçirilir.


  • Lizinq müraciətlərinə baxılarkən əlavə ödəniş edilməsi tələb olunurmu?

Xeyr, lizinq müraciətlərinin tərəfimizdən araşdırılması və qiymətləndirilməsi üçün heç bir ödəniş tələb olunmur. Müraciət təsdiq edildikdən sonra sənədləşmə zamanı 0.5-1% məbləğində komisyon haqq ödənilir.


  • İşlənmiş avtomobilləri, tikinti texnikasını, tibbi avadanlıqlarını və yaxud istehsalat avadanlıqlarını “MCB Lizinq”QSC maliyyələşdirir?

Bazarda likvid qiyməti olan nəqliyyat vasitəsi, tikinti texnikası və bütün növ avadanlıqları lizinq yolu ilə Şirkətimizdən əldə edə bilərsiniz.


  • “MCB Lizinq”QSC girovsuz maliyyələşdirir?

Bəli, lizinqin mahiyyətinə uyğun olaraq əlavə girov tələb olunmur.


  • Mən lizinq yolu ilə əldə etdiyim lizinq obyektini üçüncü şəxslərin istifadəsinə və yaxud icarəyə verə bilərəm?

Lizinq alanın yazılı müraciəti əsasında lizinq obyekti Lizinq verənin razılığı ilə üçüncü şəxslərə sublizinqə və yaxud icarəyə verilə bilər.


  • Əgər mən borcumu tez bağlasam, “MCB Lizinq”QSC buna görə məndən artıq pul tutacaq?

Lizinq ödənişlərinin vaxtından əvvəl bağlanmasına görə əlavə haqq tələb olunmur.


  • Lizinq ödənişləri zamanı güzəşt müddəti nəzərdə tulurmu?

Müştərinin biznes fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla aylıq lizinq ödənişlərində güzəşt verilə bilər. 

© 2010 mcbleasing.az - Project by SIICT.net

JoomShaper