"Lizinq haqqında məlumat"

Lizinq maliyyə xidmətidir. Lizinq, hər hansı bir avadanlığın və ya texnikanın lizinq şirkəti tərəfindən satın alınaraq müəssisəyə orta və uzun müddətə istifadəyə (icarəyə) verilməsi və lizinq müqaviləsinin müddəti başa çatdıqda lizinq alanın öz öhdəliklərini tam olaraq yerinə yetirməsindən sonra mülkiyyət hüquqlarının lizinq alana ötürülməsidir. Avadanlığın müəssisənin öz vəsaitləri ilə satın alınması yerinə lizinqə götürülməsi müəssisəyə öz vəsaitlərini digər sahələrə yönəltməyə və mənfəətliliyini artırmağa imkan verir.

Lizinq alınması üçün əvvəlcə lizinq alan ilə lizinq şirkəti arasında Lizinq Müqaviləsi imzalanır və bundan sonra isə müvafiq əmlakın alınması üçün üçtərəfli müqavilə - Alqı-Satqı Müqaviləsi imzalanır. Lizinq sövdələşməsinin iştirakçıları isə aşağıdakılardan ibarət olur: Lizinq verən (Lizinq Şirkəti), Lizinq Alan (Ərizəçi) və Lizinqə veriləcək avadanlığın satıcısı (Təchizatçı).

“MCB Lizinq” Şirkəti əsas vəsaitlərin (torpaq, qeyri-maddi aktivlər və digər oxşar aktivlər istisna olmaqla) əldə edilməsi üçün maliyyə lzinqi xidmətini təklif edir. Təklif olunan lizinqin minimum müddəti 12 ay və maksimum müddəti isə 84 ay təşkil edir. maliyyələşdirilməsi ucun 84 aya qədər olmaqla maliyyə lizinqi xidmətləri təmin edir. Maksimum müddət olan 84 ay yalnız kommersiya məqsədləri ucun istifadə edilən daşınmaz əmlakın maliyyələşdirilməsinə təklif edilir. Maliyyələşdirmə Azərbaycan manatı ilə həyata keçirilir.

© 2010 mcbleasing.az - Project by SIICT.net

JoomShaper