"İstehsalat avadanlığı"

Əgər siz öz biznesinizin inkişafı və genişləndirilməsi üçün istehsalat avadanlığının alınmasını düşünürsünüzsə “MCB Lizinq” QSC sizə real imkanlar yaradır. Uzun müddətli lizinq yolu ilə, siz bir çox sahələrdə, o cümlədən toxuculuq, informasiya və kommunikasiya texnologiyaları, energetika, qida sənayesi, inşaat və yol tikintisi, ticarət, poliqrafiya, ağac emalı, eləcə də ağır və yüngül sənaye sahələrində istifadə olunan avadanlıqları lizinq yolu ilə əldə edə bilərsiniz.

“MCB Lizinq” QSC vasitəsilə əldə edəcəyiniz istehsalat avadanlığının üstünlükləri:

1)  İstehsalat avadanlığının alınmasına sərf edəcəyiniz vəsaiti xammalın alınmasına, şirkətinizin inkişafına, eləcə də reklam məqsədlərinə xərcləyə bilərsiniz. Bu da öz növbəsində sizin istehsal etdiyiniz məhsulun rəqabət qabiliyyətinin daha da güclənməsinə və satış dövriyyəsinin artmasına kömək edəcəkdir.

2)  “MCB Lizinq” QSC vasitəsilə əldə edəcəyiniz avadanlıq sizin tələblərinizə tam uyğun olacaqdır, müasir, yüksək keyfiyyətli və istehsalçı zəmanəti ilə təmin ediləcəkdir.

3)   Müasir avadanlıqlardan istifadə edərək siz öz gəlirlərinizi artıra və əldə etdiyiniz mənfəətdən lizinq borcunuzu asanlıqla ödəyə bilərsiniz. Müqavilənin sonunda isə öhdəliklərinizi tam yerinə yetirdikdən sonra avadanlığın mülkiyyət hüquqlarını əldə edəcəksiniz.

 

Bizim əsas şərtlərimiz aşağıdakılardır:

1)  İlkin ödəniş – 20%-dən başlayaraq

2)  Müddət – 3- 6 il

3)  İllik faiz dərəcəsi – 18-21%

 

Sığorta haqqı – 0.39 (sığorta haqqı lizinq müddəti boyunca hər il ödənməlidir)

Servis xərci – 0.5%

Qeyd: Biz hər bir müştəriyə fərdi qaydada yanaşırıq. 

© 2010 mcbleasing.az - Project by SIICT.net

JoomShaper