"Daşınmaz əmlak"

Əgər Siz iş ofisinizi icarəyə götürürsünüz və yaxud almaq istədiyiniz qeyri-yaşayış obyektinə icarə baxımından tələbat çoxdursa onda “MCB Lizinq” QSC Sizlərə real imkanlar yaradır. Uzun-müddətli lizinq yolu ilə Siz Azərbaycan Respublikasının daxilində yaşayış və yaxud qeyri-yaşayış obyektlərinin alınmasını həyata keçirə bilərsiniz.

“MCB Lizinq” QSC vasitəsilə əldə edəcəyiniz kommersiya tipli qeyri-yaşayış obyektinin üstünlükləri:

1)  Heç bir icarə haqqı ödəmirsiniz. İcarədən tam fərqli olaraq, lizinq müddətinin sonunda Lizinq Müqaviləsi üzrə öhdəliklərinizi tam yerinə yetirdikdən sonra əmlakın mülkiyyət hüquqları Lizinq Alana ötürülür.

2)  Lizinq vasitəsilə əldə etdiyiniz əmlakı istədiyiniz kimi təmir edə, abadlaşdırma işləri apara və gördüyünüz işinizə görə uyğunlaşdıra bilərsiniz, çünki bundan özünüz faydalanırsınız və çəkdiyiniz bütün xərclər sonunda özünüzə qalır.

3)  Gündən-günə qiymətlər sürətlə artdıqca, lizinq müddətinin sonunda hiss edəcəksiniz ki, “MCB Lizinq” QSC vasitəsilə əldə etdiyiniz qeyri-yaşayış obyektinin qiyməti bütün çəkilən xərcləri və ödədiyiniz məbləği xeyli üstələyir, bu da sizin böyük məbləğdə qazanc əldə etməyinizə kömək edəcəkdir.                                       

Bizim əsas şərtlərimiz aşağıdakılardır:

1)   İlkin ödəniş – 40%-ə qədər

2)   Müddət – 3 -7 il

3)   İllik faiz dərəcəsi – 18-20%

     

Sığorta haqqı – 0.34% (sığorta haqqı lizinq müddəti boyunca hər il ödənməlidir)

Servis xərci – 0.5%

Qeyd: Biz hər bir müştəriyə fərdi qaydada yanaşırıq. Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətindən çıxarışı və texniki pasportunun olması zəruridir.

© 2010 mcbleasing.az - Project by SIICT.net

JoomShaper